“Real”ın zədəlisi sıraya dönür
28.02.2024 , 16:16

“Real”ın zədəli futbolçusu Cud Bellinqem sağalıb.
Korner.az xəbər verir ki, ulduz oyunçunun sıraya dönəcəyi vaxt məlum olub.
O, martın 6-da Çempionlar Liqasında “Leypsiq”ə qarşı keçiriləcək 1/8 final oyununa kimi komandaya qoşulacaq.
Oyunçunun meydanda olacağı gözlənilir.
