“Real”ın zədəlisi sıraya dönür
15.10.2024 , 11:30

“Real”ın zədəli yarımmüdafiəçisi Brahim Diasın bərpa müddəti başa çatıb.
Korner.az xəbər verir ki, onun noyabr ayında yaşıl meydanlara qayıdacağı gözlənilir.
Bu barədə xarici KİV məlumat yayıb.
Mərakeşli futbolçunun “Valensiya” ilə oyunda heyətdə olacağı bildirilir.
Dias İspaniya çempionatının cari mövsümündə keçirdiyi 5 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
