İspaniya millisinin və “Real”ın futbolçusu Dani Karvaxal uzunmüddətli zədədən sonra yaşıl meydanlara qayıtmağa hazırlaşır
Sağ cinah müdafiəçisi noyabrın 18-də İspaniya La Liqasının XII turu çərçivəsində baş tutacaq “Atletiko” ilə oyunda yenidən forma geyinə bilər.
Bu barədə onun həkimi açıqlama verib. O, bildirib ki, oyunçunun dönüşü daha erkən baş tuta bilərdi, ancaq mümkün fəsadlardan qaçmaq üçün dönüş vaxtını bilərəkdən uzadıblar.
Qeyd edək ki, ürəyində problemlər aşkarlanan Karvaxal 2 aya yaxın idi ki, meydana çıxa bilmirdi.
