“Real”ın yeni transferi millinin oyununu buraxacaq
13.06.2023 , 10:55
“Real”ın yeni transferi Çud Bellingem iyun ayında İngiltərə millisinin oyunlarını buraxacaq.
Korner.az xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt Bellingemi AÇ-2024-ün seçmə mərhələsində Malta və Şimali Makedoniya ilə keçiriləcək oyunlar üçün heyətindən kənarlaşdırıb.
Bellingem Bundesliqanın son turunda – “Maynts”la oyunda dizindən aldığı zədəsini sağaltmaqda davam edir.