“Real”ın yeni transfer hədəfi
11.12.2024 , 12:06
“Real”ın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Madrid klubu İngiltərə Premyer Liqasından oyunçu gətirmək fikrindədir.
Söhbət “Çelsi”nin futbolçusu Koul Palmeridən gedir.
İspaniya nəhəngi 22 yaşlı yarımmüdafiəçinin keçidini həll etməyi düşünür.
Palmer cari mövsümdə 15 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.