“Real”ın yeni transfer hədəfi
26.03.2025 , 12:58

“Real” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi “Ştuttqart”ın yarımmüdafiəçisi Angelo Stilleri heyətinə cəlb etmək istəyir.
Tərəflər arasında ilkin danışıqların olduğu bildirilir.
23 yaşlı futbolçu 2023-cü ildən “Ştuttqart”da forma geyinir.
Angelo bu sezon Bundesliqada 26 matçda meydana çıxıb və 1 qol vurub, 5 asist edib.
