“Real”ın yeni kapitanı müəyyənləşib.
Korner.az-ın klubun rəsmi “tvitter” səhifəsinə istinadən verdiyi məlumata görə, kapitanlıq sarğısını bu gün Madrid təmsilçisi ilə yeni müqavilə imzalayan Serxio Ramos daşıyacaq.
Son 5 mövsümdə “Real”ı kapitan sarğısı ilə meydana İker Kasilyas çıxarıb. Lakin “Real”ın canlı əfsanəsi bu yay “Portu”ya transfer olunduğu üçün rəhbərlik kapitanlıq sarğısını Ramosa həvalə edib.
