“Real”ın yeni hədəfi – Ukrayna millisinin üzvünü transfer edir
20.06.2018 , 14:07

“Real” sürpriz transferə hazırlaşır.
Madrid klubu Ukraynanın “Zarya” klubunun qapıçısı Andrey Lunini transfer etmək üzrədir. Ukrayna və İspaniya mətbuatında yayılan məlumatlara görə, “kral klubu”nun 13,5 milyon avroluq təklifi qəbul edilib. Əgər danışıqlarda digər detallar müsbət yekunlaşsa, “Real” 19 yaşlı əlcək sahibini növbəti mövsüm üçün icarəyə verəcək.
Qeyd edək ki, Lunin bu il Ukrayna yığmasında debüt edib. Gənc qapıçı ötən mövsüm 36 oyundan sonra qapısında 54 qol görüb, 10 matçda qapısını toxunulmaz saxlayıb.
