“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba karyerasını İspaniyada davam etdirə bilər. Bu barədə “Sky Sport” nəşri məlumat verib
Fransız futbolçu “Real”ın maraq dairəsinə düşüb. “Kral klubu”nun rəhbərliyi mövsümün sonunda “qırmızı şeytanlar”la danışıqlar aparmağa hazır olduqlarını bildiriblər.
Poqba “Mançester Yunayted”ə 2016-cı ilin yayında 105 milyon avro qarşılığında “Yuventus”dan keçmişdi.
