İspaniya La Liqasında mübarizə aparan “Real” (Madrid) “Çelsi”nin futbolçusu Eden Azar üçün danışıqlara başlayıb.
Korner.az-ın məlumatına görə, bu haqda “AS” xəbər yayıb.
Bildirilir ki, “Çelsi” Eden Azarın əvəzinə “Real”dan Alvaro Moratanı istəyir.
İddia edilir ki, belçikalı futbolçunun transferi reallaşarsa, Madrid təmsilçisi İsko və ya Hames Rodrigezi göndərəcək.
Qeyd edilir ki, Eden Azar “Real”a keçərsə, 10 nömrəli formanı geyinəcək.
