“Real”ın transfer planı – Neymar olmasa, Hazard gələcək
09.07.2018 , 11:28

“Real”dan ayrılacağı dəqiqləşən Kriştiano Ronaldonun əvəzinə Madrid təmsilçisi bir neçə variant üzərində düşünür. Bu barədə “Marca” nəşri yazıb.
Mənbənin verdiyi məlumata görə, Neymarın keçidi baş tutmasa, madridlilər əsas diqqəti Eden Hazarda yönəldəcək. “kral klubu”nun bu iki futbolçudan birini alacağı gözlənilir
2012-ci ildən “Çelsi”də çıxış edən belçikalı oyunçu 208 oyuna 69 qol vura bilib.
