“Real”ın sabiq prezidenti koronavirusdan dünyasını dəyişdi
22.03.2020 , 11:55

“Real”ın koronavirusa yoluxan sabiq prezidenti Lorenso Sans vəfat edib.
Korner.az xəbər verir ki, martın 17-də koronavirus simptomları ilə xəstəxanaya yerləşdirilən keçmiş futbol funksioneri ayın 21-də dünyasını dəyişib.
Sans 1995-2000-ci illər aralığında Madrid klubunun prezidenti olub.
