“Real”ın sabiq prezidenti koronavirusa yoluxdu
24.03.2020 , 17:23

“Real” klubunun sabiq prezidenti Fernando Martin Alvares koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, o, Madrid xəstəxanalarından birinin intensiv terapiya şöbəsinə yerləşdirilib.
Alvares 2006-cı ilin fevralında Florentino Peresin istefasından sonra klubun müvəqqəti (2 aylıq) prezidenti təyin olunub.
