“Real”ın qolkiperi məşqlərə başladı
19.11.2024 , 10:30
Bir müddətdir zədəli olan “Real”ın qapıçısı Tibo Kurtua məşqlərə başlayıb.
Korner.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Qolkiper dünən komanda ilə keçirilən məşqdə iştirak edib.
Onun tez bir zamanda bərpa prosesini başa vuracağı bildirilir.