“Real”ın qapıçısı zədələndi
09.01.2019 , 21:30

“Real”ın əsas qapıçısı Tibo Kurtua zədələnib.
26 yaşlı qolkiperə sol qabırğalarla qarın arasında olan əzələnin zədəsi diaqnozu qoyulub. Onun bərpa müddəti barədə məlumat verilməyib.
“Marca” qəzeti isə belçikalı qapıçının təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacağını yazıb.
Qeyd edək ki, T.Kurtua ötən ilin avqustundan “Real”ın şərəfini qoruyur.
