Madrid "Real"ının prezidenti Florentino Peres komandanın portuqaliyalı baş məşqçisi Joze Mourinyoyla bağlı qərarını rəsmən açıqlayıb.
Korner.az-ın məlumatına görə, Peres mətbuat konfransı keçirərək Mourinyoyla yollarını ayırdıqlarını deyib.
“Mourinyoyla qarşılıqlı şəkildə münasibətlərimizi kəsmək qərarına gəldik. Ona təşəkkür edirəm. Komanda 3 ildə xeyli irəli getdi. Kimsə qovulmadı, bu, qarşılıqlı anlaşma şəklində verilmiş qərardı. Hələ ki heç kimlə anlaşmamışıq. Bu, qarşıdakı günlərdə düşünəcəyimiz mövzudu”, – deyə Peres bildirib.