“Real”ın oyunçusuna təklif
09.07.2019 , 18:08

“Real”ın futbolçusu Qaret Beyl Çin klublarının birindən fantastik təklif alıb.
Korner.az-ın məlumatına görə,Çin klublarından biri oyunçunun həftəsinə 1 milyon 300 min avro təklif edib.
Bu da futbolçunun Madrid təmsilçisində qazandığı maaşdan iki dəfə çoxdur.Amma “Real”ın bu transferə qarşı olduğu deyilir.
