“Real”ın müdafiəçisi iş yerini dəyişir
01.04.2019 , 19:45

Madridin “Real” klubunun müdafiəçisi Rafael Varan komandadan ayrılmaq qərarına gəlib.
25 yaşlı fransalı müdafiəçi artıq yeni macəra yaşamaq istəyir və o, artıq bir qədər öncə klub rəhbərliyinə klubdan ayrılmaq istədiyini rəsmi şəkildə bildirib.
Qeyd edək ki, PSJ klubu Rafael Varan transferi üçün rəsmi şəkildə danışıqlara başlayacaq.
