“Real”ın müdafiəçisi “Fənərbağça”ya keçir?
19.06.2025 , 23:13

“Real”ın futbolçusu Lukas Vaskes karyerasını Türkiyədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, ispaniyalı oyunçunun xidmətində “Fənərbağça”nın maraqlı olduğu iddia edilir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul klubu müqaviləsi bu ayın sonu başa çatacaq 33 yaşlı müdafiəçi ilə danışıqlara başlayacaq.
