“Real”ın müdafiəçisi əməliyyat olundu
29.04.2025 , 17:30

“Real”ın müdafiəçisi Antonio Rüdiger diz bağlarındakı zədəyə görə əməliyyat olunub.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniyalı futbolçunun bərpa prosesinin müddəti 6-8 həftə olacağı gözlənilir.
32 yaşlı oyunçu cari mövsümdə “Real”ın heyətində 49 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
