Dünən Fransada kütləvi şəkildə insan tələfatına səbəb olan terror hadisəsi baş verib.
Korner.az-ın məlumatına görə, dünyasını dəyişən günahsız insanlar arasında məşhur furtbolçu Lassana Diarranın bacısı Asta Diakite də olub.
Futbolçu bu haqda özü məlumat verib:
– Bu hadisə mənə şəxsən təsir edib. Bacım Asta Diakite digər günahsızlar kimi terrorun qurbanı olub.
Sabiq “Real”lı futbolçunun bacısı hadisə baş verən gün terror hadisəsi törədilən yerdə olub. Futbolçunun özü isə bədbəxt hadisə baş verərkən Fransa – Almaniya oyununda top qovurdu.