“Real”ın “katalonlar kabusu” davam edir: “Kral klubu”na başqa kimlər 4 qol vurub? – STATİSTİKA
26.04.2023 , 10:00
Ötən gün səfərdə “Jirona”ya 2:4 hesabı ilə uduzan Madrid “Real”ı çempionluq yolunda böyük itki verməklə yanaşı, tarixinin növbəti antirekordu ilə üzləşib.
Korner.az xəbər verir ki, “Kral klubu” Kataloniya təmsilçisinin futbolçusu Kastelyanonun 4 qolunun qarşısını ala bilməyib.
İndiyədək “Real”ın qapısından 4 və daha çox topun keçirildiyi oyunlar, oyunların tarixi və qolların müəllifləri ilə tanış olun:
1926 – Xosep Samitier, “Barselona” – İspaniya kubokunda
1929 – Karlos Bestit, “Avropa” – çempionatda
1935 – Karlos Vantolra, “Barselona” – çempionatda
1940 – Martinez Katala, “Ovyedo” – çempionatda
1944 – Amilin, “Ovyedo” – çempionatda
1947 – Esteban Eçevarria, “Ovyedo” (yeganə penta-trik!) – çempionatda
1957 – Eulogio Martinez, “Barselona” – Kral Kubokunda
2006 – Dieqo Milito, “Saraqosa” – İspaniya kubokunda
2013 – Robert Levandovski, “Borussiya” – Çempionlar Liqasında
2023 – Tati Kastelyanos, “Jirona” – çempionatda
Nəticədən də göründüyü kimi, La Liqada 75 ildən artıqdır (1947-ci ildən) heç bir matçda “Real”ın qapısına dörd qol vurulmayıb. Qol vuranların isə yarısı Kataloniya təmsilçiləridir: “Barselona”, “Avropa” (Barselona şəhərini təmsil edir, bu mövsüm dördüncü diviziona yüksəlib) və indi də “Jirona”.