“Real”ın kapitanı cəzalandı
01.03.2019 , 16:07

Madridin “Real” klubunun kapitanı Serxio Ramos UEFA tərəfindən cəzalandırıb.
32 yaşlı futbolçunun cəzalanmasına səbəb, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Ayaks”la ilk oyununda bilərəkdən sarı vərəqə alması olub. UEFA təcrübəli müdafiəçini 2 oyunluq diskalivkasiya edib. Əgər “Real” 1/4 final mərhələsinə vəsiqə qazana bilsə, Ramos daha bir oyunu buraxmalı olacaq.
Qeyd edək ki, Serxio Ramos cəza səbəbi ilə İspaniya çempionatında “Levante” ilə görüşü də buraxmalı olub.
