“Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi Eden Azar London klubunu tərk etməyə qərar verib.
Korner.az-ın məlumatına görə, bu xəbəri “Daily Mail” nəşri yayıb.
Premyer Liqa təmsilçisi belçikalı futbolçuya 90 milyon funt sterlinq qiymət qoyub.
Məlumtda bildirilir ki, Azar uğrunda mübarizə PSJ və “Real” arasında gedir. Madrid klubu Azar üçün konkret təklif göndərməyib, ancaq parislilərin “Çelsi”nin istədiyi məbləği ödəməyə hazır olduqları bildirilir.
