“Real”ın istədiyi futbolçu zədələndi
09.11.2023 , 11:32

“Bavariya”nın.futbolçusu Camal Musiala ötən gün “Qalatasaray”la.oyunda zədələnib.
Korner.az-ın məlumatına görə, zədəsi ciddi olan futbolçu dərhal əvəzlənməsini istəyib. Bu gün tibbi mıayinədən keçəcək futbolçunun son durumuna aydınlıq gələcək.
Qeyd edək ki, Musiala “Real”ın maraq dairəsindədi.
