“Real”ın israrla istədiyi futbolçu
28.04.2023 , 10:43

“Real”ın Bellingem həmləsi davam edir.
Korner.az-ın məlumatına görə, İspaniya nəhəngi “Borussiya”da (Dortmund) forma geyinən gənc yarıəmmüdafiəçini heyətinə qatmaqda maraqlıdı. “Kral klubu” bu transfer qarşılığında Almaniya təmsilçisinə 100 milyon avro ödəməyə hazırdı. Lakin Dortmund klubu Bellingem transferindən azı 150 milyon avro qazanmağı düşünür.
Qeyd edək ki, bu mövsüm “Borussiya” ilə 39 oyuna çıxan futbolçu 11 qol və 7 məhsuldar ötürmə edib.
