“Real”ın israrla istədiyi futbolçu
13.11.2023 , 11:05

“Bavariya”nın futbolçusu Alfonso Deyvis “Real”ın transfer siyahısında yer alıb
Korner.az-ın məlumatına görə, Kanada millisinin də şərəfini qoruyan müdafiəçi Münhen klubu ilə mövcud müqaviləni uzatmaq barədə tələsmək istəmir.
Madrid klubunun sol cinah müdafiəçini israrla heyətə qatmaq istədiyi bildirilir.
