“Real”ın hücumçusu üçün Bundesliqa variantı
12.12.2025 , 18:09
“Real”ın hücumçusu Qonsalo Qarsiya Almaniya Bundesliqasına transfer oluna bilər.
Korner.az xəbər verir ki, “Ştutqart” ispaniyalı forvardı heyətinə qatmaq üçün maraq göstərir.
Almaniya klubu gənc futbolçunun keçidini yanvar ayında reallaşdırmağı planlaşdırır və yaxın zamanda Madrid təmsilçisi ilə danışıqlara başlamaq niyyətindədir.
Qeyd edək ki, Qarsiya “Real”ın akademiyasının yetirməsidir. İspaniya U-21 millisində çıxış edən 21 yaşlı hücumçu bu mövsüm 20 rəsmi matçda 4 qol və 2 assistlə yadda qalıb.