“Real”ın hücumçusu sıradan çıxdı
01.10.2018 , 20:51

“Real”ın futbolçusu Qaret Beylin sabah keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda SSKA ilə oyuna çıxmayacağı bildirilib.
Korner.az-ın məlumatına görə, buna səbəb uelsli hücumçunun zədəli olmasıdır. La Liqanın 7-ci turunda “Atletiko” ilə matçda (0:0) zədələnən Q.Beylin SSKA ilə görüşə kimi hazır olmayacağı müəyyənləşib.
