“Real”ın hücumçusu sıradan çıxdı
03.03.2026 , 20:39
“Real”ın cinah hücumçusu Rodriqo Qoes ciddi zədə alıb.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə bildirilir ki, tibbi müayinədən sonra braziliyalı futbolçunun dizində çarpaz bağların qırıldığı təsdiqlənib.
Bu səbəbdən o, həm La Liqa mövsümünün qalan hissəsini, həm də gələn DÇ-2026-nı buraxacaq.
Xatırladaq ki, 25 yaşlı Rodriqo La Liqanın 26-cı turunda “Xetafe” ilə qarşılaşmada zədələnsə də, oyunu sonadək davam etdirmişdi.