"Barselona"nın futbolçusu David Vilyanın zədəsini sağaldaraq sıralara qayıtması Kataloniya klubunun əzəli və əbədi rəqibi olan Madrid "Real"ının futbolçusu Xabi Alonasonu sevindirib.
Korner.az-ın məlumatına görə, "kral" klubunun futbolçusu Vilyanın dönüşünü sevinclə qarşıladığını dilə gətirib:
"Bu çox sevindirici xəbərdi. Bizim üçün çox vacib futbolçudur. Həm hücumda həm də, cinahlarda yaxşı təsir bağışlayır və çox qol vurur. Onun üçün darıxmışdım".
