“Real”ın gənc ulduzu zədələndi
03.11.2025 , 19:00
“Real”ın gənc futbolçusu Franko Mastantuono zədələnib.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
18 yaşlı vinger La Liqanın 11-ci turunda “Valensiya” ilə oyunda zədə alaraq oyunu yarımçıq tərk edib. Onun tam bərpa olunacağı tarix hələ məlum deyil.
Lakin Mastantuononun sabah Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Liverpul”la görüşdə iştirak etməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə sabah saat 23:00-da başlayacaq.