“Real”ın futbolçusu rəsmən “Arsenal”da
27.01.2021 , 17:59

“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, London təmsilçisi “Real”dan Martin Odeqardı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Norveçli yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Arsenal”da çıxış edəcək.
