Türkiyənin “Qalatasaray” klubu Madrid “Real”ının futbolçusu Anxel Di Mariyanı transfer etməyə hazırlaşır.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, “Cim Bom” futbolçu ilə danışıqlara da başlayıb. Yaxın günlərdə bu transferin baş tutub-tutmayacağı aydınlaşacaq.
Qeyd edək ki, Di Mariya həm də “Arsenal” klubunun hədəfindədir.
