“Real”ın futbolçusu “Napoli”də
10.07.2024 , 23:10

“Napoli” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, Neapol təmsilçisi “Real”dan Rafa Marini heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Napoli” bu keçid üçün Madrid təmsilçisinə 12 milyon avro ödəyib.
