“Real”ın futbolçusu “Mançester Siti” ilə matçı buraxacaq
10.02.2025 , 09:00

“Real” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Lukas Vaskes sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı müdafiəçi UEFA Çempionlar Liqasının 1/16 finalında “Mançester Siti”yə qarşı matçı buraxacaq.
Sözügedən görüş fevralın 12-də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
