“Real”ın futbolçusu koronavirusa yoluxdu
28.07.2020 , 20:16

“Real”ın futbolçusu Mariano Dias koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, futbolçudan götürülən koronavirus testininin nəticəsi müsbət çıxıb. Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Hücumçu dərhal karantinə alınıb. Bu səbəbdən Dias Çempionlar Liqasının 1/8 finalında avqustun 7-i keçiriləcək “Mançester Siti” ilə cavab oyununda iştirak etməyək.
