“Real”ın futbolçusu koronavirusa yoluxdu
02.11.2020 , 18:48

“Real”ın futbolçusu Edre Militao koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Onun koronavirus testinin nəticəsi müsbət olub.
Militaodan başqa bütün digər futbolçuların, məşqçilərin və işçilərin testləri isə neqativ çıxıb.
