Mahaçkalanın "Anji" klubu növbəti transferini gerçəkləşdirib. Korner.az-ın məlumatına görə, Rusiya təmsilçisi Madrid "Real"ının formsını geyinən Lassaba Diaranı heyətinə qatıb. Fransalı yarımmüdafiəçi "Anji"yə 5 milyon avroya başa gəlib.
Qeyd edək ki, 2009-cu ildən "Portsmut"dan "Real"a 20 milyon avroya transfer olunan futbolçu "kral klubu"nda 116 dəfə meydana çıxmaq şansı əldə edib və bunların cəmi 6-da rəqib qapıçıları məyus etməyi bacarıb.
