“Real”ın futbolçusu 1 ay oynamayacaq
02.01.2019 , 11:01

“Real” ciddi itki ilə üzləşib
Madrid klubunun
mərkəz yarımmüdafiəçisi Markos Lorente zədələnib. O, komandasının son məşqlərinin
birində sol ayağından xəsarət alıb.
23 yaşlı futbolçunun ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Qeyd edək ki, Lorente bu mövsüm “Real”ın heyətində 4 oyuna çıxıb.
