“Real”ın futbolçusu əməliyyat olundu
19.11.2024 , 17:19
“Real”ın futbolçusu Eder Militao əməliyyat olunub.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sağ dizinin ön çarpaz bağlarından əməliyyat olunan oyunçunun bərpa müddəti hələlik məlum deyil.