“Real”ın “El Klasiko” üçün heyəti
18.12.2019 , 19:54

“Real” La Liqanın turundan təxirə salınmış “Barselona” ilə oyun üçün iştirak ərizəsini açıqlayıb.
Korner.az xəbər verir ki, baş məşqçi Zinəddin Zidan “El Klasiko”da zədəlilər – Marselo, Lukas Vaskes, Xames Rodriqes, Eden Eden və Marko Asensionun xidmətindən yararlana bilməyəcək.
Heyətə aşağıda adı qeyd olunan futbolçular daxil edilib:
Qapıçılar: Kurtua, Alfons Areola, Altube
Müdafiəçilər: Karvaxal, Militao, Ramos, Varan, Naço, Mendi
Yarımmüdafiəçilər: Kroos, Modriç, Kazemiro, Valverde, İsko
Hücumçular: Benzema, Beyl, Yoviç, Vinisius, Rodriqo
Bu gün keçiriləcək “Barselona” – “Real” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
