“Real”ın bir neçə oyunçusu tibbi müayinədən keçəcək
29.11.2024 , 11:57
“Real”ın bir neçə futbolçusunun tibbi müayinədən keçəcəyi gözlənilir.
Korner.az xəbər verir ki, söhbət Kilian Mbappe, Cud Bellingem və Brahim Diasdan gedir.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Sözügedən oyunçular Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Liverpul”la matçdan sonra narahatlıq hiss edirlər.