“Real”ın Bellinqhem planı
26.05.2023 , 10:30

“Real” “Borussiya”nın futbolçusu Bellinqhem üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Madrid klubu futbolçunun komandaya keçməsi üçün əlindən gələni edir.
İspaniya mətbuatı yazır ki, “Real” futbolçu üçün qarşı tərəfə 100 milyon avro ödəməyə hazırdır.
Tərəflər arasında danışıqların olduğu və müsbət nəticələndiyi bildirilir.
Madrid klubunun Bellinqhemlə 6 illik müqavilə imzalayacağı gözlənilir.
