“Real”ın Bellinqem qərarı
04.03.2025 , 22:30

“Real Madrid” futbolçusu Cud Bellinqemlə bağlı qərar verib.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi ingiltərəli oyunçunun müqaviləsini uzadacaq.
La Liqa klubu yaxın zamanda yarımmüdafiəçi ilə danışıqlara başlamaq istəyir.
Yeni sözləşməyə əsasən, İspaniya nəhəngi ulduz futbolçunun maaşını da artıracaq.
O, bu mövsüm “Real”da 42 oyun keçirib, 23 qol vurub və 13 məhsuldar ötürməni aktivinə yazdırıb.
