“Real” Madridin “El-Klasiko”da “Barselona”ya 0:4 hesablı məğlubiyyətinin ardından baş məşqçi Rafael Benitesin klubda qalması sual altındadı.
Korner.az-ın məlumatına görə, İsveçrənin “Le Matin” qəzeti bugünkü sayında “Real”ın baş məşqçi postunda dəyişiklik ediləcəyi barədə məlumat verilib.
Belə ki, hazırki baş məşqçi Rafael Benitesin yerini Zinəddin Zidan doldura bilər.
Fransa yığmasının keçmiş futbolçusu bu haqda:
“Mənim tələsmək fikrim yoxdur. Hələ də klubun B komandası ilə maraqlanıram, ancaq təklif gəlsə, düşünərəm”, – fikirlərini səsləndirib.