“Real”ın avtobusu hücuma məruz qalıb.
Korner.az-ın məlumatına görə, hadisə İspaniyanın Xixon şəhərində baş verib.
Səfərdə adıçəkilən şəhərin “Sportinq” klubu ilə oyun öncəsi “Real”ın avtobusuna yerli azarkeşlər şüşə və daşlar tullayıblar. Hadisə zamanı heç bir oyunçunun xəsarət olmadığı bildirilib.
Bu azmış kimi yerli azarkeşlər avtobusun “Real”ın qazandığı kubokların şəkili olan hissəsinə “Barselona” loqoları yapışdırıblar.
