“Real”ın Asensio qərarı
26.03.2025 , 15:00

“Real” futbolçusu Raul Asensionun gələcəyi ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, Madrid nəhəngi 22 yaşlı oyunçunun müqaviləsini yeniləyəcək.
La Liqa klubu artıq Asensio ilə yeni sözləşmə üçün razılığa gəlib.
Tərəflər arasında yeni kontraktın 2029-cu ilin yayınadək nəzərdə tutulacağı bildirilib.
Müqavilənin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.
