İspaniyanın “kral kuboku”nun finalında “Atletiko”ya uduzmaqla azarkeşlərini məyus edən Madridin “Real” klubu mövsümü titulsuz başa vurdu.
Korner.az-ın məlumatına görə, Mourinyonun rəhbərlik etdiyi komanda qalib gələcəyi hal da, artı yüksək səviyyəli bayram tədbirləri, eləcə də, xüsusi olara üzərində 19 “Copa del Rey” yazılan avtobusla kubok sevincini Madrid küçələrində bayram edəcəkdilər. Lakin “kral” klubu “arxı keçməmiş, hop” deyib. Nəticədə kuboksuz qalan “Real” üçün avtobus gəldiyi kimi də geri göndərilib.