Futbol

“Real”ın 4 çempionluğu ləğv oluna bilər

27.02.2017 , 11:35

İspaniya La Liqasında mübarizə aparan “Barselona” klubunun üzvü Coakim Molins ölkənin futbol federasiyasına müraciət edib.

Korner.az-ın məlumatına görə, bu haqda “Skorer” xəbər yayıb.

Molins İspaniya Futbol Federasiysına  1905-ci, 1906-cı, 1907-ci və 1908-ci illərdə Kral Kubokunda “Real”ın (Madrid) əldə etdiyi çempionluqların əsassız olduğunu bildirib. Səbəb kimi həmin illərdə turnirin federasiya tərəfindən təşkil olunmaması göstərilib. 

Qeyd edək ki, FİFA ölkə federasiyaları tərəfindən təşkil olunmayan turnirləri tanımır.

Xatırladaq ki, Kral Kubokunu “Barselona” 28 dəfə, “Real” isə 19 dəfə qazanıb. 

Son yazılar

Yuxarı